Qanunvericiliyin pozulmasına görə məsuliyyət
Miqrasiya sahəsində qanunların pozulmasına görə əcnəbi vətəndaşlar üçün ciddi məsuliyyət nəzərdə tutulmuşdur. Siz Rusiya qanunvericiliyinin tələblərinə ciddi əməl etməlisiniz və istənilən pozuntuları törətməkdən yayınmalısınız!
RF-də miqrasiya qanunvericiliyinin pozulmasına görə məsuliyyəti tənzimləyən qanunlar
RF-ə gəlməyin qadağan edilməsi («qara siyahı»)
Aşağıdakı hallarda Sizin RF-ə gəlməyinizi qadağan edilə bilər:
- Sizin tibbi sığorta polisiniz olmadıqda;
- Sizin ödənilməmiş məhkumluğunuz olduqda;
- Sizin RF-də ödənilməmiş hesablarınız, vergiləriniz və ya cərimələriniz vardır - Siz borclarınızı ödəyənə qədər ölkəyə buraxılmayacaqsınız;
- Siz ölkədə iş sənədlərini sənədləşdirmədən 180 gün ərzində cəmi 90 gündən çox olmusunuz;
- Siz 2 və daha çox inzibati xətaya yol vermisiniz və buna görə 3 il ərzində cərimə olunmusunuz
- Siz miqrasiya rejiminin pozulmasına görə 1 il ərzində 2 və daha çox inzibati məsuliyyətə cəlb olunmusunuz;
- Siz RF-də olma üzrə qanunla müəyyən edilmiş müddəti 30 gündən çox aşmısınız;
- Siz əvvəllər RF-dən çıxarılmısınız və ya deportasiya edilmisiniz. Əgər sizi dövlət hesabına deportasiya etmişlərsə və ya ölkədən çıxarmışlarsa Siz RF-yə bu xərcləri ödəməli olacaqsınız.
Əgər Siz əvvəllər vasitəçilərin xidmətlərindən istifadə etmisinizsə və ola bilər ki Sizin üçün saxta sənədlər hazırlanmışdır və Siz RF-yə daxil olmağa qadağanın təsiri altına düşə bilərsiniz. Sizə qadağan qoyulub - qoyulmadığını siz RF DİN Miqrasiya məsələləri üzrə Baş İdarəninsaytında öyrənə bilərsiniz
RF DİN xətti üzrə Rusiyaya girişin qadağan edilməsi ləğv oluna bilər. RF-yə girişə qadağanın ləğv edilməsi barədə daha ətraflı.
İnzibati məsuliyyət
Aşağıda göstərilən hallarda Sizə çıxarılma ehtimalı ilə cərimə tətbiq oluna bilər:
- miqrasiya uçotuna (qeydiyyata) qoyulma haqqında bildirişi rəsmiləşdirməmisiniz;
- polis tərəfindən saxlanılan zaman miqrasiya qanunvericiliyinin tələb etdiyi sənədləriniz olmamışdır;
- miqrasiya kartında səfərin məqsədini yalan göstərmisiniz;
- zəruri sənədlər olmadan və ya göstərmədiyiniz ixtisas üzrə işləmisiniz;
- miqrasiya uçotuna qoyulma zamanı yalan məlumatlar göstərmisiniz.
! Miqrasiya sahəsində inzibati hüquqpozmaya görə cəzanı məhkəmə müəyyən edir. Məhkəmə iclasında sizin müdafiəçinin xidmətlərindən istifadə etmək hüququnuz vardır, Sizə tərcüməçi verilməlidir. Siz məhkəmə qətnaməsindən Sizə aydın olan dildə yazılı qətnaməni aldığınız andan 10 gün müddətində şikayət verə bilərsiniz.
RF-dən çıxarılma özünün ölkəni tərk etməyi - RF DİN-nin müvafiq bildirişi olduqda əcnəbi vətəndaşın özünün hesabına mümkündür. Əcnəbi vətəndaşın onun şəxsiyyətini təsdiq edən sənədləri olmadıqda və ya miqrasiya uçotuna (qeydiyyata) qoyulma haqqında bildiriş olmadıqda və ya hüquq pozuntusu təkrar törədildikdə - məhkəmə əcnəbininƏVMSM-ə (əcnəbi̇ vətəndaşlarin müvəqqəti̇ saxlanma mərkəzi̇) yerləşdirilməsi barədə qətnamə qəbul edə bilər. Əgər Siz ƏVMSM-ə yerləşdirilmisinizsə öz sənədlərinizin bərpa edilməsinə və vətəndaşı olduğunuz ölkəyə göndərilməyiniziə köməklik göstərin. Mütləq qaydada Sizin ölkənizin konsulluğu ilə əlaqə saxlayın və ya pulsuz hüquqi yardım almaq üçün ictimai təşkilatlara müraciət edin. RF subyekti İctimai müşahidə komissiyası (İMK) si̇zə köməkli̇k göstərə bi̇lər. Konsulluq təşkilatlarının və ictimai təşkilatların əlaqə nömrələrini siz "Kömək" bölməsində tapa bilərsiniz.
Cinayət məsuliyyəti
Saxta sənədlərin hazırlanmasına və onlardan istifadə edilməsinə, ona münasibətdə gəlməsinə qadağa qoyulması barədə məlumatı olan əcnəbi vətəndaşın RF sərhəddini keçməsinə, olduğu yer üzrə əcnəbi vətəndaşın uçota qoyulmasında saxtakarlıq etmələrinə görə vətəndaşlar azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması, cərimə və ya həbs növündə cinayət məsuliyyəti daşıyırlar.