İşə düzəlmə
Rusiyada qeyri qanuni işləmək – ciddi hüquq pozuntusudur. Rusiyada rəsmi işə düzəlmək üçün işəgötürən ilə aşağıdakıları bağlamaq zəruridir:
- əmək müqaviləsi – işəgötürənin iş yerində daimi uzunmüddətli məşğulluğu olduğu halda;
luq- xidmət göstərilməsi və podrat müqaviləsi - müvəqqəti məşğulluq halında, məhdud baxtda dəqiq göstərilmiş həcmdə işin yerinə yetirilməsi podratı.
İşə rəsmi düzəlmək üçün sənədlər
Əmək miqrantı iş üçün patent aldığı gündən 2 ay ərzində rəsmi işə düzəlməlidir və həmçinin Russiya DİN-nin Bİ-nin MMİ-nin Miqrasiya məsələləri üzrə şöbəsinə öz əmək müqaviləsinin surətini göndərməlidir.
RF-da 135 ixtisaslı mütəxəssis peşələrinin siyahısı qüvvədədir. Belə mütəxəssislər RF-də 1 ildən çox rəsmi əmək stajına malik olduqda sadələşdirilmiş qaydada Rusiya vətəndaşlığı almağa ümid edə bilərlər. Peşələrin siyahısı ilə saytda)tanış olmaq olar. İş axtardıqda Sizə ümumrusiya rəsmi vakansiya bazasından istifadə etməyi məsləhət görürük: www.trudvsem.ru – RF Əmək Nazirliyinin ümumrusiya vakansiya bazası. Hər bir regionda öz xüsusi rəsmi vakansiya bazası, əlçatan onlayn şəkildə mövcuddur.
İşə düzəlmə zamanı məsləhətlər:
- qanuni əsasla işləyin: iş patenti həm fiziki şəxsin yanında, həm də şirkətdə işə düzəlmək hüququ verir, lakin sizin işəgötürənlə əmək münasibətləriniz mütləq qaydada əmək müqaviləsi ilə təsdiqlənməlidir, əmək müqaviləsinin surətini işəgötürən siz işə düzələndən sonra 3 gün ərzində RF DİN Miqrasiya məsələləri üzrə baş i̇darəyə göndərməlidir. Siz həmçinin patent alındığı gündən 2 ay ərzində əmək müqaviləsinin surətini şəxsən və poçtla təqdim etməlisiz;
- öz işəgötürəninizi tanıyın: işlədiyiniz şirkətin adını və ünvanını, Sizin rəhbərinizin əlaqə nömrəsini , (soyadı, adı və telefonu) bilin; bu informasiya Sizə öz hüquqlarınızı müdafiə etdikdə və əmək haqqının ödənilməsində nail olmaq üçün faydalı ola bilər;
- vasitəçilərə müraciət etməyin: onlar Sizdən pulsuz işçi qüvvəsi kimi istifadə edə bilərlər;
Muzdlu əmək (işəgötürənlərin öz işçilərini digər təşkilatlara əmək münasibətləri rəsmiləşdirmədən göndərməsi) Rusiyada qadağandır. Yalnız xüsusi məşğulluq agentliyi kimi qeydiyyatdan keçmiş şirkətlərin öz işçilərinin əməyini digər təşkilatlara və fiziki şəxslərə təqdim etmək hüquqları vardır, lakin bu zaman onlar:
- əcnəbi işçinin əmək müqaviləsində üçüncü şəxslərdə işin icra edilməsi imkanını göstərməyi;
- onu üçüncü şəxsə işləməyə göndərdiyi halda işçi ilə əlavə sazişin bağlanmasını öhdələrinə götürürlər. Siz xüsusi məşğulluq agentliyinə müraciət etmisizsə - mütləq fikir verin ki, Sizin əmək müqavilinizdə belə şərtlər göstərilsin. Bütün qanuni işləyən xüsusi məşğulluq agentlikləri Rostrudun reyestrinədaxil edilmişlər. Orada sizin işəgötürəninizin olmasını mütləq yoxlayın.
- işəgötürənlə müqavilə bağlayın: mülki-hüquq və ya əmək müqaviləsinin bağlanması Sizin hüquqlarınızın müdafiə edilməsinə, sosial təminatın alınmasına, dəqiq öz vəzifələrinizi bilmək imkan verəcəkdir. İşəgötürən sizinlə əmək müqaviləsini bağlamalıdır və bu müqavilənin surətini verməlidir;
- əmək haqqının məbləğini və ödəniş şərtlərini dəqiq razılaşdırın: nə qədər Sizə ödəməlidirlər və hansı işə görə. Pulu siz Sizin adınıza xüsusi bank kartına köçürülməklə və ya mühasibatlıqda imzalamaqla almalısınız. Sizə nə qədər pulun verilməsini başa düşmək üçün, Sizin mühasibatlıqda hesablaşma vərəqini almaq hüququnuz vardır. Hər hansı pul münasibətləri sənədləşdirilməlidirlər. Sizə pul borcludurlarsa - işəgötürəndən qəbzi tələb edin və özünüzdə saxlayın;
- nəyi imzalayırsızsa diqqətlə oxuyun, surətin verilməsini tələb edin: Siz nəyi imzalayırsızsa onunla razı olmalısız. sənədin məzmunu və şərtləri ilə razı deyilsinizsə onu imzalamamaq hüququnuz vardır;
- işəgötürənə öz sənədlərinizi verməyin: Sizdən başqa heç kəs Sizin pasportunuzu, iş icazənizi, sığortanı, sizin əmək müqaviləsinin nüsxəsini və digər sənədləri saxlaya bilməz, və həmçinin Sizin hərəkət azadlığınızı məhdudlaşdıra bilməz, telefonunuzu ala bilməz və s.Pasportun alınması və azadlığın məhdudlaşdırılması - cinayətdir, bu halda polisə müraciət etmək lazımdır!
-işlədiyiniz növbələrin və əmək haqqlarının hesablanması ilə əmək gündəliyi aparın, işəgötürənlə və onun nümayəndəsi ilə bütün danışıqları audio və videoya yazın, sizin işinizə aid olan sizə əl çatan bütün sənədlərin fotoşəkilini və surətini çıxardın. Bu məlumatlar əmək mübahisələrində sizin doğru olmağınızı təsdiq edə bilər;
- kömək üçün müraciət edin: polisə, prokurorluğa, İnsan hüquqları üzrə müvəkkilə, Dövlət əmək müfəttişliyinə, RF DİN-nin Miqrasiya məsələləri üzrə baş idarəsinə, məhkəməyə, və həmçinin hüquq müdafiə təşkilatlara. Mütləq sizin regionunuzda bütün bu təşkilatların əlaqələrini öyrənin və saxlayın! Zəruri əlaqələr – Regionlar haqqında informasiyalarbölməsində, sonra Əlaqələr və ya Kömək.
Işə qəbul, əmək hüquqlarının müdafiəsi, faydalı əlaqələr haqqında ətraflı informasiya